Gənc müğənni Leyla Ramazanova sənət aləmində qısa zamanda özünü yer tutmağı bacardı. Şou biznes aləmininə böyük axının olduğu bir dövrdə gənc xanım kimi seçilmək heç də asan deyil. Çünki ifaçının təkcə vizual görünüşü və ya pulunun olması yetərli deyil ki, seviləsən, səhnədə rəqabət apara biləsən. Deməli həm də səs, repertuar, səhnə mədəniyyəti və s. bu kimi keyfiyyətlər də önəm daşıyır ki, şou biznesdə yerini bərkidəmən. Leylanı məhz o gənclərin sırasına daxil etmək düzgün olar ki, o şou aləmində həm ifası, həm də də zövqlü mahnı seçimləri ilə çoxlarını maraqlandıra bilir. Deməli, bəzi sənətçilərin Leylaya olan qısqanclıqları təbiidir. Məsələ orasındadır ki, Leyla yenə sənət aləmində səs küy yaratmaq istəyir. Beləki gənc müğənni albom üzərində çalışır. Müğənni ilə söhbətimiz zamanı məlum oldu ki, alboma 10-12 mahnı daxil ediləcək. Yeri gəlmişkən onu da qeyd edək ki, albomda yalnız bəstəkar İsmayıl Əsədovun musiqiləri yer alacaq. Albom hazırlığı ilə yanaşı paralel olaraq gənc müğənni klip layihəsinə də imza atıb. Belə yerdə deyiblər ki, maaşallah, zəri də var, zoru da. Müğənninin «Belə birdən getmə» adlanan mahnısına rejissor Xavər Ramazanlı ekran həyatı verəcək. Məlumat üçün onu da qeyd edək ki, Xavər Leylanın doğma bacısıdır. Qrafika üslubunda hazırlanan klipi Şou aləmində Mako ləqəbi ilə tanınan Samir Fərzəliybəyov montaj edir. Klipin ərsəyə gəlməsi üçün 3 ay vaxt sərf olunub. Bu günlərdə adıçəkilən klipin təqdimat mərasimi keçiriləcək.
Leylanın yenilikləri bunula da bitmir. Gənc müğənni bu il məhsuldar olmağa çalışır. Çünki bu klipdən dərhal sonra gənc müğənni başqa bir mahnısına klip çəkdirəcək. Yəqin Leylanın ifasında son vaxtlar məhşur olan «Sənin üçün» mahnısını eşitməmiş deyilsiz. Hətta bir çoxları bu mahnını gənclərin sevgi himni kimi də qəbul etdiklərini iddia edirlər. Xatırladaq ki, bu mahnının da həm sözləri, həm də musiqisi İsmayıl Əsədova aiddir.
Leyla bizimlə söhbətində bildirdi ki, bu il bir çox digər irihəcmli, maraqlı layihələrə də imza atmağı nəzərdə tutub. Qısqanclığa gəlincə isə, gənc müğənni bildirdi ki, sənət aləmində olanların əksəriyyəti ona hörmət edirlər: « Böyük mənada qısqanclıq hiss etməmişəm. Ola bilər ki, qısqananlar da var. Ancaq mən heç kimlə maraqlanmıram, diqqətimi yalnız yaradıcılıq işlərimə vermişəm. Çünki bu sənəti sevirəm, uğur əldə etmək üçün isə çalışmaq lazımdı.»
Tahirə