Adı : Günay əsədova
Kateqoriya
>September 2010
Mo Di Mi Do Fr Sa So
303112345
6789101112
13141516171819
20212223242526
27282930123
Statistika
» 71409 Hit
» 61 Onlayn
» 1166 Gün
» 710439 Ümumi
1-CI.BIZ Reytinq Sistemi
Dünyanın 8-ci möcüzəsi 60 illiyini qeyd edir. || Bakı ş.Gənclər və İdman Baş İdarəsi Tarix: 17-11-2009    saat: 17:23Oxunub : 1003
Şirift Plus Minus

Dünyanın 8-ci möcüzəsi 60 illiyini qeyd edir.

 

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Neft Daşları"nın 60 illiyi "Əsrin müqaviləsi"nin 15 illiyi münasibətilə möcüzələrlə dolu olan "Neft Daşları"nın tarixi və bu günü ilə yaxından tanış olmaq üçün Üeni Azərbaycan Partiyasının Gənclər Birliyindən, "İrəli" Gənclər Təşkilatından və müxtəlif universitetlərdə neft ixtisası üzrə təhsil alan bir qrur fəal gənc və Kütləvi İnformasiya Vasitələri ilə sözü gedən məkana səyahət təşkil olunmuşdu.
   İlk əvvəl onu deyim ki, mən də hər kəsin "Əsrin möcüzəsi" adlandırdığı "Neft Daşları"na ilk dəfəydi ki, səfər edirdim. Onun üçün sözügedən məkana çatana qədər bütün prosesləri çox böyük maraqla izlədim. Əvvəlcə nümayəndə heyətimiz Zabrat Hava Limanında toplaşdı və orda qeydiyyatdan keçdik, sonra isə təhlükəsizliyimizin təminatı üçün bizə videoçarx göstərildi. Bu videoçarxdakı izlədikdən sonra, orda göstərilən qaydalar əməl etməklə vertolyota qalxdıq. Və dənizin üzəri ilə hərəkət edən vertolyot 30 dəqiqə ərzində "Neft Daşları"na çatdı. Nümayəndə heyətimiz çox maraqla vertolyotun yerə enməsini gözləyirdi. Vertolyot su üzərində qurulan və yaradılan, daim həyatın və iş canlandığı məkana enən andan maraqlı səyahətimiz və neftçilərlə görüşlərimiz başladı. Ən maraqlısı o idi ki, orda müxtəlif reşələr üzrə çalışan işçilərlə çalışdıqları məkanda görüşüb, onların iş prosesləriylə yaxından tanış olurduq.
   Neftçilərlə bu görüşü səbirsizliklə gözlədiklərini deyən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov "Əsrin müqaviləsi"nin 15 illiyi və "Neft Daşları"nın 60 illiyi münasibətilə onları təbrik etdi, çətin və məsuliyyətli işlərində uğurlar dilədi:" Bu gün bizim sizinlə görüşümüzü mən əlamətdar bir hadisə hesab edirəm.Buraya səfər etməkdə əsas məqsədimiz odur ki, resrublika prezidentinin "neft karitalını,insan kapitalına çevirilməsi" kimi dəyrəli fikrini, neftin çıxarıldığı yerdə mütəxəssislərlə görüşərək müzakirə etmək və onların fikirlərini öyrənməkdir. Həm də gələcəyin neftçiləri olan gəncləri sizin istehsalat prosesləri ilə yaxından tanış etməkdir".
   Eyni zamanda burda müxtəlif sahələrdə çalışan və idman sahəsində də yüksək göstəriciləri olan bir qrup fəal gənc mütəxəssisləri mükafatlandıracağıq".
    "Neft Daşları" haqqında həqiqətlərin gənclərə çatdırılmasının vacib olduğunu deyən idarə rəisi bildirdi ki, bu cür görüşlər burda çalışan gənclərə və idman sahəsində uğurlar əldə etmiş həvəskar idmançılara stimul verəcək:" Bizimlə birgə buraya səyahət etmiş gənclərə neftçilərimizin naliyyətləri, bu məkandakı həyat tərzi maraqlıdır. Onu da qeyd edim ki, bu gün Azərbaycan gəncləri neft sahəsində əldə olunmuş uğurları dünya gənclərinə çatdırmağa hazırdırlar.
   Əminəm ki, belə görüşlər və tədbirlər gələcəkdə də olacaqdı". 
Bu qeyri-adi və möcüzəli məkanın tarixi və orda son illər görülən işlər haqda öyrənmək üçün 25 ildir ki, "Neft Daşları"nda çalışan, Həmkarlar Komitəsinin sədri Hüseyn Əhmədovla həmsöhbət olduq və bildirdi ki, ilk dəfə bu məkanda fəhlə kimi işə başlayıb:" Dənizdə çalışmağın özülləyi ondadır ki, burada fəaliyyət göstərən insanlar çox safdırlar və onu deyim ki, biz neftçilər bir ailənin üzvüyük. Çünki, biz öz ailəmizdən çox "Neft Daşları"nda oluruq və burda çalışan hər kəs istər istəməz bir- birinə çox doğmalaşır".
   Xəzərin dibindəki zəngin neft yataqlarının mənimsənilməsinin böyük bir tarixi olduğunu deyən h.Əhmədov bildirdi ki, Azərbaycanda sovet hakimiyyətinin ilk illərində bu sahədə böyük tədbirlər görülüb ki, bunlardan   biri də dənizin bir hissəsini qurutmaqdan ibarət idi:" Lakin bu böyük xərc və gərgin əmək tələb edən bir məşğuliyyət idi. Ona görə də alimlərimiz və neftçilərimiz daha faydalı, səmərəli tədbirlər axtarmağa başladılar. Bir-birinin ardınca müxtəlif təcrübələr həyata keçirilirdi. Nəhayət,dənizdə buruq tikib quyu qazmaq və bu yolla dənizin ənginliklərindəki nefti çıxarmaq qərara alındı. Bu böyük və ciddi bir addım idi, olduqca böyük cəsarət və gərgin iş tələb edirdi. Nefçilərimiz şan və şərəf işi olan dənizdə quyu qazmaq işinə 1939-1940-cı illərdə Bakı buxtasında başladılar. II dünya müharibəsinin qanlı-qadalı illərində Xəzərdə 40-a qədər dəniz quyusu qazılıb istismar olunub".
   O, qeyd etdi ki, Xəzər dəniz qazmasının ilk illərindən qazma kontorunun direktoru, dəniz qazma trestinin baş mühəndisi və rəisi "Azərdənizneft" Birliyinin rəis müavini vəzifələrində çalışmış görkəmli neftçi-mühəndis Yusif Səfərov, "Neft Daşları"neftqaz yatağının kəşf edilməsi və işlənməsi üçün ilk cığır açanlardan biri olub:" 1944-cü ildə o, "Dənizdə dərin qazma" mövzusunda dissertasiya müdafiə edib.
   Eyni zamanda geoloiya -minerologiya elmləri doktoru və əməkdar mühəndis olmuş Ağaqurban Əliyevin apardığı geoloyi tədqiqatlar nəticəsində Abşeron və Bakı arxireloqlar sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş və geoloyi-axtarış və kəşfiyyat işlərinin harada aparılması əsaslandırılıb.1945-ci ildə dənizin kəşfiyyatının xüsusi tresti yaradılarkən dənizdə geoloyi kəşfiyyat işlərinə rəhbərlik Ağaqurban Əliyevə tapşırılıb. 1945-1948-ci illərdə görkəmli geoloq Ağaqurban Əliyevin rəhbərliyi ilə SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası "Neft Daşları"nın geoloyi xəritəsini işləyib hazırlayıb və yatağın  sənaye üsulu ilə işlənməsini planlaşdırıb".
...İnsan tapır...
Onun sözlərinə görə,dəniz neft yataqlarının perspektivliyini nəzərə alaraq DMK-nın yeni qərarına uyğun 1947-ci ildə Bakıda Dəniz Qazma Tresti yaradılıb:" Bu trestin Buzovnada yenidən yaradılmış kontorunda fəaliyyətə başlayan ilk qazma ustalarından biri 1945-ci ildə ordudan tərxis olunan M.P.Kaveroçkin oldu."Mərdəkan-dəniz"də 3N-li quyunun qazılması ona həvalə edildi. Baltanı uğurla layihə dərinliyinə çatdırdıqdan sonra 1946-cı ildə Gürgan-dəniz sahəsinin kəşfiyyatına başlayan Kaveroçkinin briqadası burada 1946-1949-cu illər ərzində bir neçə neft quyusunun qazma keçidini başa vurub".
   Gürgan-dəniz sahəsində əldə olunmuş uğurlar dəniz kəşfiyyatçılarını sonrakı axtarışlara həvəsləndirib və onlar ardıcıl olaraq Çilov adasında, Qriqorenka daşlarında,Qarabvtdaq daşı adasında, o cümlədən Darvin bankası,o cüml’dən Darvin bankası, Andreyevskidə (Piralahı adasının şimalı) axtarışlar aparıblar deyən ittifaq sədri qeyd etdi ki, kəşfiyyatın dənizin bir çox sahələrində aparlımasına baxmayaraq, geoloqların diqqətini daha çox Cənub -Şərqi Çilov adasının 22, paytaxtın isə 110 kilometrliyində yerləşən,sualtı qaya silsilələri ilə əhatə olunmuş kiçik ada -Qara daşlar cəlb edirdi. Geoloqların əldə etdikləri nəticələr o qədər səmərəli və inandırıcı idi ki, artıq 1948-ci ildə dərin kəşfiyyat quyusunun əsasının qoyulmasının zəruriliyi haqda məsələ qaldırdı.
   1948-ci il noyabr ayında neftimizin korifeyi Sabit Orucov,Yusif Səfərov və V.M.Roşin Qara daşlara gələrək qazılacaq ilk quyunun yerini müəyyənləşdirdilər. 1948-ci ilin dekabr ayında inşaatçılar sərt qayalarının üstündə,dirəklər üzərində ilk taxta evcik inşa etməyə başlayıblar və bu ev 1949-cu il mart ayının 3-də istifadəyə verilib. Həmin ev indi də qorunub saxlanılır. 1949-cu ilin aprel ayında V.Roşinin rəhbərliyi ilə ilk buruq quraşdırılıb".
   Söhbət əsasında qeyd edildi ki, dənizi sonsuz məhəbbətlə sevən, qazma texnologiyasına mükəmməl bələd olan M.P.Kaveroçkin "Neft Daşları"nda birinci kəşfiyyat quyusuna usta təyin olunub və 1949-cu il iyun ayının 24-də 1N-li kəşfiyyat quyusunun qazılmasına başlanıb:" Açıq dənizdə, fırtınalar qoynunda Xəzərin "qara qızıl" uğrunda mübarizə başladı. Həm döyüş, həm əmək təcrübəsi zəngin olan Kaveroçkin briqadanın üzvləri ilə asanlıqla ümumi dil tapırdı, şərait çətinləşdikcə onu da işə marağı, dönməzliyi bir o qədər artırdı. Elə bunun nəticəsi olaraq 1949-cu il noyabrın 7-də Qara daşlar tarixində ilk quyu neft fontanı vurmuş və bununla dünya nefti tarixində açıq dənizdə qiymətli eneryi daşıyıcıları hasilatının əsası qoyulub. Beləcə Qara daşlar "Neft Daşları"na çevrildi".
Onu da bildirək ki,"Neft Daşları"da sərnişin və yükdaşıma ilk illərdə yalnız gəmilərlə həyata keçirilib. Və 1960-cı il iyunun 20-də "Neft Daşları"na ilk vertolyot reysi həyata keçirilib. Əvvəlcə Mİ-4 sonralar isə Mİ-8 vertolyotları vasitəsilə sərnişin və yüklər daşınırdı.
...İnsan məskən salır...
   1950-54-cü illərdə "Neft Daşları"nda 2 neftyığma məntəqəsi,1N-li sutəmizləyici qurğu,qəsəbədə mağaza, gəmilər üçün yanalma körrüsü, tədqiqat işləri laboratoriyası,yanğınsöndürmə nasos stansiyası,çörək zavodu, 5 saylı əmtəə çənləri parkı, limonad sexi, iaşə köşkləri,sahə yataqxanaları, meydançalar, kommunikasiya xətləri,dəniz zəhmətkeşləri üçün Bakının 8-ci kilometr massivində 8 yaşayış binası istifadəyə verilib.
   1967-ci ildə "Neft Daşları"qəzeti təsis edilmiş və bu mətbu orqan bu gün də fəaliyyətini davam etdirir. Xalqımızın ümummilli lideri Heydər Əliyev resrublikaya rəhbər seçiləndən sonra,1971-80-ci illərdə "Neft Daşları"nda üzgüçülük hovuzu,6 saylı ƏÇP,qazlift komrressor stansiyası(RC-4),1 və 2N-li iriləşdirilmiş neftyığma məntəqəsi(İNTM),təmizləyici qurğular, "Neft Daşları"-Çilov sualtı qaz xətti, müxtəlif ölçülü estkadala, meydançalar, kommunikasiya xətləri, Bakının 8-ci Kilometr massivində uşaq bağçası və 5 yaşayış binası istifadəyə verilib.
   1981-90-cı illərdə qadınlar üçün 9 mərtəbəli yaşayış binası, 36000 kitab fondu olan kitabxana, anbarlar, "Neft Daşları-Dübəndi" neft boru xətti, rabitə xətləri, Dübəndidə neftyığma məntəqəsi, sərnişin gəmiləri üçün yanalma körrüsü, yardımçı təsərrüfat, vertolyot meydançası, kompressor stansiyası,QTES, yeni estakadalar,meydançalar, kommunikasiya xətləri istifadəyə verilib.
   H.Əhmədov söylədi ki, "Neft Daşlarında" qara qızıl" hasilatı özünün rik nöqtəsinə 1967-ci ildə çatıb və 7.6 milyon ton təşkil edib və Həmin dövrdə gündəlik hasilat 20820 ton neft olub: "Neft Daşları"yatağının istismarına başlanan dövrdən bəri təxminən 175 milyon tondan çox neft,12,5 mlrd m3 qaz hasil edilib, 2000-dən çox quyu qazılıb istismara təhvil verilib, 300 km qədər estakada, estakadayanı meydança, özüllər və digər hidrotexniki qurğular tikilib istifadəyə verilib. "Neft Daşları"nın kəşfindən sonra bu xəttin üstündə "Neft Daşları"nın ardınca "Günəşli", "Çıraq", "Azəri", "Kərəz" kimi böyük ehtiyata malik neft yataqları aşkar olunub".
İnsan bayraq qaldırır...
 
   Ümumiyyətlə,"Neft Daşları"nda hasilatın artırılması yönündə böyük işlər görülüb deyən sədr bildirdi ki, bu müddət ərzində istər istehsalat, istərsə də sosial yönümdə nəzərə çarracaq dəyişikliklər olub:"Onu da qeyd edim ki, "Neft Daşları"nın 60 illik yubileyinin keçirilməsi ilə əlaqədar olaraq ARDNŞ prezidenti Rövnəq Abdullayev tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən "Neft Daşları"nda Dövlət bayrağının quraşdırılması, ümummilli lider Heydər Əliyevin abidəsinin qoyulması, Heydər Əliyev Muzeyinin tikilməsi,"Neft Daşları"nda şəhidlərin xatirəsinə abidə qoyulması, mərkəzi parkın yenidən qurulması, yeməkxana, klub, tibb məntəqəsinin yenidən qurulması, çörəkbişirmə sexinin tikilməsi, inzibati binanın təmiri, qazanxana tikintisi ,köhnə meydançaların sökülməsi və ümumiyyətlə, "Neft Daşları"nda bütün ərazinin abadlığı üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. ARDNŞ-in rəhbərliyinin,şəxsən R. Abdullayevin qayğısı sayəsində artıq bu işlərin bir çoxu həyata keçirilib. "Neft Daşları" 60 illik yubileyinə yeni və əsrarəngiz şəhər kimi qədəm qoyacaq".
   "Neft Daşları"da son illər tibb sahəsinə ARDNŞ-in xüsusi qayğısı nəticəsində yeniliklər və irəliləyişlərin olduğunu deyən Mərkəzi Nefçilər Xəstəxanası "Neft Daşları" Tibbi Sanitar hissəsinin baş həkimi Gəray Nəsibov bildirdi ki, burada ilk vaxtlar tibbi xidmət ambulator şəkildə, səyyar briqadalar vasitəsilə ararılıb:" İlk quyu qazılanda səyyar briqadalar təşkil ediblər, tibb işçiləri gəmi ilə gəlib xəstələri müayinə edib geri dönürmüşlər.  
  1960-cı ilin əvvəllərində Çilov adasında stansonr xəstəxana tikilib və 1996-ci ilə kimi fəaliyyət göstərib. Həmin il bir sıra problemlər olduğundan, ARDNŞ-ə müraciət etdik və şirkət bizi öz balansına götürdü. Hazırda   "Neft Daşları"da stansionr hissəinin Poliklinika,Çilov adasında tibbi sanitar hissənin stasionar şöbəsi,ondan başqa dərin dəniz özüllərində 25 feldşer tibb məntəqəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 95 tibbi ixtisaslı, təcrübəli həkimlər çalışırlar. Bütün dənizdə olan nefçilərə xidmət edirik. Təminatımız çox yüksəkdir, onun üçün də bütün kabinetlər fəaliyyət göstərir. Yəni, bu gün istənilən xəstə hər hansı bir diaqnozla bizə müraciət etdikdə, onun səhhətinin yaxşılaşması üçün əlimizdən gələn hər biri işi görürük.
    Bu cür yüksək təminat nəticəsində uzun illərdir ki, burda ölüm hadisəsi baş verməyib. Bir sözlə, tibb sahəsi də inkişafdadır və nefçilərin xidmətindədir".
   26-ildir "Neft Daşları"nda idman təlimatçısı kimi çalışan Elşən Rəhimov voleybolla məşğul olur:" Burda çox gözəl və reşəkar idmançılarımız var. İdman zallarımız yüksək səviyyədə yenidən qurulub və hazırda yeni stadion tikilib və istifadəyə verilib. Əsasən stolüstü oyunlar inkişaf edib. Yarışlarda da idmançılarımız yüksək göstəriçilər əldə ediblər. Onlar arasında qadınlar da var.Qadınlar daha çox tennis və şahmat oyunlarına maraq göstərirlər". 
   5 ildir "Neft Daşları"nda tornaçı peşəsində çalışan Sabir Ələkbərov isə bildirdi ki, bu məkanda işləməyin heç bir çətinliyi yoxdur və işindən zövq alır.
   Çingiz Xurşudov qazmaçı köməkçisi vəzifəsində 11 ildir çalışdığını dedi və söylədi ki, atası da neft sənayesində işləyib:"Neft amili ilə mənim kiçik yaşlarımdan tanışlığım vardı. Sonradan isə bu sərvətdə olan cazibə qüvvəsi məni özünə cəlb etdi və hazırda atamın yolunu davam etdirərək burada çalışıram. Ağır bir sənaye sahəsidir,amma biz çalışırıq ki,işimizi layiqincə yerinə yetirək".
 1985-ci ildən burda çalışdığını deyən Şakir Hətəmov bildirdi ki, neft sənayesində, ancaq mərd igid və qorxmaz insanlar çalışmağa qadirdilər".
 Mürşüd Süleymanov 1991-ci ildən "Neft Daşları"nda mexaniki kimi çalışmaqla yanaşı, idman sahəsində oyunçu və məşqçi kimi də fəaliyyət göstərir. İşindən qürür duyduğunu deyən nefçi söylədi ki, neft onun həyatıdır.
   Səyahətçilər arasında olan Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri Mirzəyev Şəhriyar və Əhmədov Ayxan təəssüratlarını bizimlə bölüşdülər və bildirdilər ki, "Neft Daşları"na ilk dəfədir ki, səyahət edirlər:"Bunun üçün də bu məkan bizim üçün çox maraqlıdır. İxtisasımız axtarışçı geoloq olduğundan bu səyahət bizim üçün bir növ iş təcrübəsi kimi keçdi. Bizə maraqlı olan sualları neft sahəsində çalışan mütəxəssislərə verdik və həmin suallara əyani şəkildə cavab aldıq".
Sonra isə Dövlət Neft Şirkətinin "Neft Daşları"nda yerləşən idarələrində çalışan fəal və qabaqcıl işçilər (Rəhimov Elşən (idman üzrə təlimatçı),Mürşüd Süleymanov(çilingər), Pərviz Qarayev (çidingər),Hacıyev Əhəd(orerator), Etibar Qafarov(orerator), Şakir Hətəmov (orerator),İlham Xaliqov(qazmaçı) və) başqaları elə çalışdıqları müəssisələrdə, belə deyək, iş başında   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dirlom və hədiyyələri ilə təltif olundular.
                                                                                                                                      Günay
Səslərin cəmi 789
789 baxılıb
Nömrəsi : 2663
Səslərin cəmi 852
852 baxılıb
Nömrəsi : 2664
Səslərin cəmi 738
738 baxılıb
Nömrəsi : 2665
Səslərin cəmi 743
743 baxılıb
Nömrəsi : 2668
Səslərin cəmi 728
728 baxılıb
Nömrəsi : 2669
Baxılanların cəmi 3850