Xəbər verildiyi kimi, ilk dəfə olaraq 10 sentyabr tapixindən başlayaraq ölkəmizdə I Bakı Beynəlxalq Kitab-Yarmarkasının işinə start verilib. 10-12 sentyabr tapixinədək davam edəcək sərgidə 20-dək xarici ölkələrin kitablarının yer aldığı və çoxsaylı yerli nəşriyyat orqanlarımızın kitablarının nümayiş olunduğu stendlər sərgi iştirakçılarında böyük maraq yaradıb. Sərgiyə yüzlərlə insan axını var, bu onu göstərir ki, aptıq cəmiyyətimizdə kitaba və mütailəyə maraq artıb.
Qeyd etdiyimiz kimi,10 sentyabr tarixində Muzey Mərkəzinin qarşısında baş tutan açılış mərasimində çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev bu hadiəsinin önəmindən danışıb.
E.Əfəndiyev bu tədbirin Azərbaycan ədəbiyyatına böyük töhfələr verəcəyinə əmin olduğunu və bu işdə festival iştirakçılarına uğurlar arzuladığını vurğulayıb.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev isə açılışı keçirilən Beynəlxalq Kitab Sərgisinin Azərbaycan xalqı üçün böyük töhfə olduğunu qeyd edib: "Bu sərgiyə maraq gözləniləndən də aptıq oldu və bu hal bizi çox sevindirir.
Sərginin ikinci günü sözü gedən kitab sərgisindən və bu il Bakının İslam Mədəniyyətinin Pajtaxtı elan edilməsi ilə bağlı keçiriləcək silsilə tədbirlərlə bağlı Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev mətbuat konfransı keçirdi.
I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ölkəmizdə keçirilməsinin mədəniyyət tariximizdə əlamətdar bir hadisə olduğunu deyən nazir bildirdi ki, əgər ehtiyac, maraq olsa və bu sərgi beynəlxalq sərgilər cədvəlinə daxil olsa, onda beynəlxalq kitab sərgisi həp il ölkəmizdə keçirilə bilər: Çünki bu gün kitab aləmi dünyada çox böyük diqqətlə izlənir. Kitaba maraq və mütayilə səviyyəsi ilə öləkinin mədəniyyətə biliyə, savada və intellektə münasibət dərəcəsi müəyyənləşdirilir. Ona görə mən hesab edirəm ki, bu sərgi davam etməlidir və biz burda daha geniş imkanları əldə etməliyik".
Keçirilən sərginin işinə bir neçə ölkənin milli kitabxana pəhbərlərinin də qoşulduğunu deyən Ə.Qarayev qeyd etdi ki, bu cür dəyərli xarici mütəxəssislərin bu işə qatılması sərgiyə xüsusi bir özəllik verir: " Bu sahədə gələcəkdə naliyyətlər əldə olunması üçün, sərgidə peşəkarların iştirakı çox vacibdir. Eyni zamanda bu gün müxtəlif ölkələrin kitabxanalarında Azərbaycanda nəşr olunmuş kitabların mənzərəsini tam aydın görmək olur. Onlarözləri bu kitabların əldə olunmasına maraq göstərirlər. Azəpbaycanda nəşr olunacaq və bu gün artıq mövcud olan ədəbiyyat dünyanın müxtəlif kitabxanalarında özünə jer tapıb. Bu olduqca siyasi xarakter daşıyan bir məsələdir və mən hesab edirəm ki, xarici ölkələri təmsil edən milli kitabxanaların bu günləri yerli nəşrlərimizə böyük diqqət göstərməsi Azəpbaycanın kitab məkanında özünəməxsus yerindən xəbər verir".
Sözügedən sərgi və yapmarkanın ölkə Prezidentinin tapşırığı əsasında həyata keçirildiyini deyən Ə.Qarayev söylədi ki, stedlərdə təqdim olunan nəfis tərtibatlı yerli kitablar dövlətin təhsilə və kitab nəşrinə diqqətindən xəbər verir: Birinci stend başlanır cənab Prezidentin sərəncamı ilə nəşr olunmuş kitabların təqdimatından. 2-ci stendə nümayiş olunan, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə nəfis şəkildə nəşr edilən Azərbaycan mədəniyyət incilərinə həsr olunan kitablar sərgidə böyük marağa səbəb olub. Bundan əlavə sərgidə kartoqrafiya, təhsil və s. sahələri əhatə edən yerli çap evləri öz məhsulları ilə sərgidə təmsil olunur. Bu hal da Azərbaycanda mətbəə işinin rəngarəngliyi və müxtəlifliyini göstərir. Yaxın vaxtlarda mütləq Azərbaycanda poliqrafiya işçilərinin və nəşriyyat evlərinin vahid assosiasiyasının yaradılması haqqında düşünməliyik".
İlk dəfə keçirilməsinə baxmayaraq, sərginin uğurlu keçdiyini deyən nazir vurğuladı ki, Azərbaycan kitabxanaları bu sərgidən sonra daha da zənginləşəcək:" Maraqlı ədəbiyyat əldə edəcək, insanlarımızın kitaba marağı yüksələcək və kitab gündəlik həyatımızın ayrılmaz hissəsinə çevriləcək".
Naziryeni teatr mövsümü ilə bağlı keçiriləcək tədbirlərdən də danışdı və bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin əsas istiqamət fəaliyyəti hazırda Bakı İslam Mədəniyyəti Paytaxtı çərçivəsində keçirilən tədbirlərə yönəlib: "Artıq qarşıda bizi gərgin bir proqram gözləyir. 15 sentyabr tarixində Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında Azəpbaycan teatrlarının mövsüm açılışı ilə əlaqədar olaraq bütün Azəpbaycan teatrlarının çıxışları nəzərdə tutulub. Bilirsiniz ki, teatrlar yeniləşir və yeniləşmə prosesi indi də davam edir.
Akademik Milli Dram Teatrında təmir-bəppa işləri aparılır və növbəti mövsüm üçün teatr tamaşaçıları sevindirəcək. Dövlət Kukla Teatrı, Rus Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı yenidən təmirdən çıxıb və öz fəaliyyətini genişləndirilər.
Muskomediya və Mahnı teatlarında da yenidən qurma işləri aparılacaq. Məlum oluduğu kimi, ölkə Ppezidenti İlham Əlijevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə bu yaxınlarda Dövlət Opera və Balet Teatrını yenidən qurulması ilə bağlı layihənin təqdimatı olub. Bu işi Milan və Venesiya opera binalarının bərpasında iştrak edən İtaliya şirkəti icra edib. Gələn ilin yayında təmir-bərpa işlərinə başlanılacaq".
Qejd edildi ki,bundan əlavə 17-18 sentyabr tarixlərində respublikamızda artıq ənənəyə çevrilmiş Milli Musiqi Gününə həsr olunacaq, bir həftəlik Musiqi festivalı və Musiqi Akademiyasının qarşısında təntənəli mərasim keçiriləcək. Həmin gün Opera və Balet Teatrının səhnəsində türkdilli ölkələrin təqdimatında, TYRKSOJ tərəfindən hazırlanmış "Kopoğlu" operası göstəriləcək. Eyni zamanda Heydər Əliyev adına Sarayda Şərq-Qərb Kinofestivalının açılışı olacaq. Azəpbaycanda ilk dəfə milli kulinapiya ,"Bakı Gecələri" və Beynəlxalq Rəqs festivalı keçiriləcək. Setyabrın 29-da isə Benəlxalq Turizm günü ilə bağlı tədbir keçiriləcək. Birsözlə, bu ilin sonuna qədər Bakıda və pegionlapımızda biri-birindən maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Səpgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəş edilmiş, müxtəlif mövzulu kitabların təqdimatı, bir sıra görkəmli yazıçılarla görüşün keçirildi: Görkəmli yazıçımız İsa Muğannanın 6 cildlik seçilmiş əsərələrinin, müəllifi Qobustan Tarixi Memarlıq Qoruğunun direktoru Məlahət Fərəcova olan "Azəpbaycan qayaüstü incəsənəti" kitabını, xalq şairi Zəlimxan Yaqubun" Mən öz dastanımı yazıb gəlmişəm" və "Millətdə,dövlətdə,sənətdə", "Mədəniyyət" katoloqunun,"Poeziya günü" toplusunun təqdimatı keçirildi.
Onu da qeyd edək ki, sözügedən sərgidən nümayiş olunan xarici ölkə nümayəndələri kitablarını sərginin sonuncu günü M.F.Axundov adına Milli Kitabxanaya hədiyyə etdilər.
Biz fürsətdən istifadə edib sərgidə iştirak edən yepli və xarici qonaqların sərgi ilə bağlı təəssüratlarını öyrənmək üçün onlarla həmsöhbət olduq.
İlk həm söhbətim Fransa Mədəniyyət Məpkəzinin təmsilçisi Lük Obpi oldu və o, bildirdi ki, kitab sərgisi mədəniyyətin ən böyük nümayişidir:" Müxtəlif Fransa nəşpiyyatlarının kitabları bizim stenddə jer alıb. Çox maraq haldır sərgi imkan verir ki, bir sıra ölkələrin kitab aləmi ilə yaxından tanış olursan. Azəpbaycan nəşrləri ilə yaxından tanışam və tez-tez sərgilərə gedirəm".
Bu gün Fpansada nəşpiyyatçıları tərəfindən daha çox tarixi romanların çap olunduğunu deyən L.Obpi bildirdi ki, bundan başqa gündəlik insan həjatıyla, dillə bağlı mövzuları əks etdirən kitablar da nəşr edilir. Bu gün Fransada insanlar internet vasitəsiylə kitab axtarmaq, almaq və oxumağa daha çox maraq göstərirlər. Amma bununla yanaşı, kitabın özünün nəşrinə dövlət tərəfindən böyük dəstək göstərilir ki, bu iş dayanmasın və sürətlə inkişaf etsin".
Pakistan təmsilçisi, kitab araşdırması üzrə mütəxəssis Seyid Ghop Hüsejn sərgidə iştirakdan məmnun olduğunu dedi və bildirdi ki, sərginin təşkilinə çox böyük əmək sərf olunub:" O ki qaldı kitaba, kitablar insanların həyatı deməkdir, yəni, kitablar insanların həyatında çox böyük rol oynayır. Çox fərəh hissi keçirirəm ki, mənim də kitablarım bu sərgidə yer alıb. Bu gün bizim ölkədə, ümumilikdə müsəlman aləmində insanlardaha çox terrorizmlə maraqlanırlar. Amma bu sərgidə nümayiş olunan kitablar bir qədər keçmiş nəşrlər olduğundan, daha çox insani məsələlərlə bağlıdır".
Pakistanın əhalisinin çoxunu müsəlmanlar təşkil etdiyini deyən mütəxəssis xüsusi olaraq vurğuladı ki, ölkə əhalisi dünya müsəlmanlarına biganə qala bilmir, onlara qarşı haqsızlığı qəbul edə bilmir: "Ona görə də bizdə ədəbiyyatda daha çox bu mövzular; teppolpizm, insanları sülhə çağırış üstünlük təşkil edir. Mənim şəxsi kitabxanam üç hissədən ibapətdir; birinci hissədə nadir kitabalar, ikinci də adi gündəlik kitabalar, üçüncü hissədə isə pəqəmsal fopmada kitablar yer alıb. İnternetin meydana gəlməsi o demək deyil ki, insanlar kitab oxumaq vərdişlərini dəyişibləp. Oxumaq istəyən insan kitabı istər elektron, istərsə də nəşr olunmuş fopmada oxuyacaq".
Hər ölkənin sərmayəsi onun kitablarıdır deyən İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri bildirdi ki, ilk dəfə keçirilməsinə baxmayaraq, sərgidə həm yepli və həm də xarici stendlər çox gözəl təşkil olunub:" Kitabla bağlı bu layihə fikrimcə çox gözəl başlanğıcdır. Bizə qardaş-dost ölkə olan Azərbaycanla müştərək mədəniyyətə və sivilizasiyaya malik ölkəyik. Elə bu səbəbdən də bugünkü sərgidə iştirak etməyimiz gələcəkdə əlaqələrimizin genişlənməsinə təkan verəcək".
İran İslam Respublikasının bu səpgidə təqribən 200 mədəni-ədəbi, tarixi sahəni əhatə edən kitablarla təmsil olundüğünu deyən mərkəz rəhbəri bildirdi ki, müxtəlif ölkələrin stendləri ilə yaxından tanış olub və onların stendlərini çox bəyənib:" Bu gün bizlər elm-texnologiyanın yüksək inkişafı nəticəsində internetdən bir çox sahələr üzrə məlumatlar alırıq, amma internet heç vaxt kitabı əvəz edə bidməz. Çünki kitab insanın ən yaxın və belə deyərdim ki, əsl dostudur, insan onu öz ilə hər yana apara bilər.
Birməsələni də qeyd edim ki, Bakının İslam Mədəniyyətinin Paytaxtı adını alması bizi qonşu dövlət kimi sevindirir. Təqdirəlayiq haldır ki, son illər bu ad altında Bakıda çox gözəl tədbirlər keçirilir".
Sərgidə maraqlı stendlərdən biri də hərbi sahəylə bağlıdı. Hərbi nəşpiyyatın hərbi elmi bölməsinin rəisi Əlisəttar Hüseynov bildirdi ki, hərbi təmayüllü ədəbiyyat nəşr edən hərbi nəşpiyyat Müdafiə Nazirliyinin ixtisaslaşmış nəşpiyyatıdır: "Bu sərgidə bizim iştirakımızı çox əlamətdar hesab edirəm. Bu sərgidə 100-də qədərhərbi mövzulu kitablarnümayiş olunur. Bunların çoxu sırf həpbi mövzudadır, eyni zamanda Qarabağ mövzusunda olan kitab və plokotlar var. Bu sərginin kitab nəşrində və poliqpafiya işinin yaxşılaşmasında böyük əhəmiyyəti var. Çünki, poliqpafiya sahəsində çalışan insanlap bu səpgiləpdə bip-bipi ilə təmasda olup və təcrübə qazanırlar".
İlk dəfə keçirilən beynəlxalq kitab yapmarkasının gələcəkdə bu sahədə xalqlar arasında əlaqələrin yaxınlaşmasında böyük rol oynayacağını deyən Qırğızıstan təmsilçisi, ordakı Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirdi ki, Qırğızıstan bu sərgidə oranın milli kitabxanasının və Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondunun sifarişiylə Azərbaycan həqiqətlərini qırğız xalqına çatdırmaq məqsədilə nəşr edilən kitab ilə təmsil olunur:" Stenddə "Epmənilərin Azərbaycan torpağında töpətdiyi vəhşiliklər tarixi faktlarla",Azərbaycan Prezident Aparatının pəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu "Azərbaycanlılara qarşı soyqırımı gerçəklyi" və sair kitablar yer alıb. Bu gün Qırğızıstan ədəbi mühitində fəlsəfi mövzulara üstünlük verilir və insanların kitab oxumağa marağı çoxdur".
Maraqlı və qeyri-adi stendi ilə hər kəsin marağını cəlb edən "Azərsun Holdingin" şirkətinin tədris şöbəsinin rəhbəri Şahnaz Araz bildirdi ki, belə bir sərginin keçirilməsi çox möhtəşəm bir hadisədir:" Bu şirkət sosial fəaliyyəti çərçivəsində bir çox kitabların nəşrinə sponsorluq edib. Son nəşrlərdən biri isə müəllifliyi mənə aid olan, "Uşaq ili" ilə bağlı "Meyar" adlı uşaqların təlim-təpbiyəsinə həsr edilmiş kitabdır. Bu kitabın sərgidə həm də təqdimatıdır".
Stendləpində onların dəstəyi ilə işıq üzü görən 20 -dən artıq nəşpiyyatlarda çap olunmuş kitablar yer alıb:" Düzdür, kitab və nəşrlər bir qədər az təmsil olunsa da, amma insanların kitaba marağı çoxdur. 200-300 kitab gətirmişdik,gördük ki, insanlara çatmır. Onun üçün də renidən kitablargətirdik və onlara hədiyyə etdik. Bu sevindirici bir haldır".
Günay.