Müşahidələr....
____________ Basabas
___________
Ağzınacan
dolu marşrutda.
Hələ desən sifəti qabaq qapının pəncərəsinə sıxılan da vardı.
Sürücü:
—
Bir azca ortaya sıxılın, orta boşdur.
—
Zalım oğlu haradan boşdu, milləti yığıb
doldurmusan içəri, salonda nəfəs almağa yer yoxdur!
Burada
Gülhüseyn Hüseynoğlunun hələ 1977-ci ildə yazdığı "Qayıdacaqmı?!"
hekayəsindən bir hissə yadıma düşdü: "...avtobus parklarının rəhbər
işçilərini ayda heç olmasa bir həftə
bu basabasda minib-düşməyə məcbur eləyələr. Özü də arvadları ilə birlikdə. Görsünlər bu xalq nə çəkir"
____________ Çörək haqqı ___________
Çörək zavodu... Çirkli dəzgahlar, ələnməmiş un, çəlləklərin (dəmir "baraban"ların) içərisində gəzən siçovullar, üst-başlarından natəmizlik yağan işçilər....
Burada
un kisələrdən içərisi nə vaxtdan təmizlənməmiş,
divarlarında xəmir quruyub
qalmış barabanlara tökülüb yoğrulur.
Sonra
kündələnib toz-torpaq basmış stolların üstünə tullanılır. Oradan da götürüb kürələrdə bişirirlər.
Müdriyyətin "təki pul gəlsin" laqeydliyindən, İşçilər işin çətinliyindən öz işlərinin mahiyyətinə varmadan belə gördükəri işin için alçaqcasına söyürlər.
Ələnməmiş unun çörəyindən yeyəndə də dişlərin altında
xırtıltı səsindən iyrənirsən.
Bişirilmiş
çörək dükanlara
paylanılır.
Kimlər üçünsə isə çörək and inamıdır.
____________ Sağ ol ___________
"Sağ ol" etiket qaydası
(davranış və nəzakət) üçün deyilir. Bir də görürsən birisi zəhləsi getdiyi digərinə "sağ ol" , "çox sağ
ol" deyir. Guya ki, ona çox lazımdır zəhlətökən birisinin sağlığı. "Sağol"
səmimi qəlbdən deyilmir.
____________
Araq ___________
Dükanda.
—
Xanım zəhmət olmasa bir "çubuş" araq, 300 qr. kolbasa, bir
dənə də çörək verin.
Satıcı
qız arağı və çörəyi başqa-başqa sellofan torbalara yığır.
—
Xanım niyə ayrı
yığdınız?
Satıcı:
—
Çörəklə arağı bir yerə qoymaq olmaz, günahdır.
Oğlan:
— Bəs mədədə qarışmır ki ?!
____________
Dalca danışmaq ___________
"Arxaca
danışmaq yaxşı deyil" ifadəsinin özü yaxşı deyil, — arxaca yalnız
bəd fikirləşib, pis danışmaq yasaqdır. |