Bakının Divar Yazıları ________(“Daş Kitabələr”)
Düşünürəm bəlkə də yeganə millətik ki, İctimai nəqliyyat marşrutunun salonuna “ yerə siqaret, “semiçka” tökənin ... ” yazan digər millətin nümayəndələrinə rast gəlinsin. ( Maraqlananlar üçün: “Yeni Günəşli - Sabunçu” istiqəmətində işləyən 278 N-li Mercedes marşrutunda ).
☺☺☺ ☺☺☺ ☺☺☺
Yalnız Azərbaycanda “bura zibil atanın ...” söyüş lövhələrinə rast gəlmək olar.
☺☺☺ ☺☺☺ ☺☺☺
►Yalnız burada müşahidə edilər: zibil torbalarının ağaclardan asılması və səkinin kandarına tullanılması;
►Ümumi yaşayış və bina evlərində yuxarı mərtəbələrdə yaşayan sakinlərin üstdən aşağı zibil tullaması.
Deyirlər özünə gülməyi bacaran xalq xoşbəxtdir.
Bir məsələ də var, hər bir səhv onun nəticələrindən yararlanmaq üçün bir imkandır, şansdır.
Bu tipli divar yazıları minlərlədir, bundan bir nəticə çıxarmayandan sonra kimə gülək, nəyə gülək?!
Hər kəs “məndən ötsün” düşüncəsizliyindədir. Problem divarlarda, hasarlarda yox, özümüzdədir. Divarlardakı yazılar daxili dünyamızın təzahüridir.
Birinci özümüzlə olan problemi həll etməliyik!