Daşdan sərt iradən, gücün var sənin,
Qumaşdan zərifdir təmiz ürəyin,
Ən qatı savaşı saxlar qeyrətin,
Müqəddəs güvəncim, sənsən, ana can!
Çöhrəndə keçdiyin yollar iz salıb,
Sənin duaların məni yaşadıb.
Adın bu Vətənlə qoşa dayanıb,
Sən varsan, yox mənim dərdim, ana can!