Həqiqi Azərbaycan bəyləri və indiki bəylər !
Həmişə bu şəklə baxanda böyük qürur hissi Azərbaycanımla fəxr etmişəm .
Amma və lakin bu rəsmlərdə isə bilmirəm fərx edəcək nə tapım ? ------ utancdan başqa!!!
Mövzu mədəniyyətdən , əxlaqdan , kişilikdən danışır.Bəs hansı səbəblər buna vadar etdi kişiləri ?!!!!!!!!!!!!!!!!!!!!!!
Göz açıb böyüdüyümüz , yaşadığımız , əlində qılınc , başında papaq , kürəyində zəhmət , üzündə nur , ürəyində insanlıq gördüyümüz babalarımız - və ya görə bilmədiyimiz eşitdiklərimiz ! XXI əsr - sözü üzə demək heç kimin xoşuna gəlməz ! Bəs arxasınca danışmaq ?!
Biz yazıq gənclər ! Gözümüzü açıb kimlərin əhatəsində böyüyürük heç bilisinizmi? Yadımdadır öz dəyərli filimlərimizə baxanda ilk öncə nəyə fikir vermişdim . Cəmiyyərdəki haqsızlıqlara , kişi sifəti altında gizlənən arvadlara , sözü ilə əməli bir olmayan namərdlərə , qardaşına döyüş təklif edən qardaşlara , başqasının ayağını qazıyan əclaflara ! Amma böyüdükcə bu məqamları daha çox anlamağa , dərk etməyə başladım .Lakin həmişə oxuduğun , fikrində canlandırdığın həyatlarda yaşamırsan ? Cəmiyyətə atıldıqca kinolarda gördüyün sifətlərə şükür edirsən ! Deyirsənki , yaxşı ki , o vaxtı heç olmasa maskanın altında da olsa gizlənirdilər . İndi biyabırçı sifətlərini açıb qoyurlar ekranlara ! Gəlin bir balaca müqayisə edək , görəkki , kimlər nə üçün çalışır !
Azərbaycan bəyi , oğlu , kişisi dedikdə insanın ağlına nə gəlir ? Hamı qeyrətli, sözü , əməli bir , geyimi , görünüşü kişilik aşılayan şəxsləri düşünür. Bəs görəsən həmin fikirləri xalq inkişaf etdikcə niyə unutmaq istədi. Niyə nə isə öyrənəndə arxada qoyduğumuz yalnız özümüzə məxsus mədəniyyətləri tez unudaraq naməlum gələcəyə addımladıq? Hansı kişilər böyüdəcək ki ,Azərbaycan onun tele ekranlarında qulaqlarında sırğa gəzdirən Faiq Ağayev , yaxasını açıb bədənini reklam edən Samir Bağırov , özündə üz , qaş qoymayan Nadir Qafarzadə , başının tüklərini xoruz pipyinə bənzədən , burnunun deşiyinə də sırqalar asdıran Rəhim Rəhimli , Elnur və başqa naməlum kişilər dolaşır , xalqa öz iyrənc görünüşündən tutmuş , iyrənc səs və mahnı adlandırdıqları oyuncaqlarla mədəniyyət aşılayır? Mənə çox maraqlıdır səsləri qalsın bu insanlar özünü birinci növbədə kişi adladıra bilirlərmi ? İkinci növbədə onlar bu torpaqlarda Koroğludan , Cavanşırdən , Babəkdən sonra meydanda özlərini necə , kim deyə təqdim edə bilərlər ? Heç bu insanlar da azda olsa utanc hissi yoxdurmu?Burunlarını plastik apiratsiya etdirir, qulaqlarına , burunlarına , dodqlarına daha hara desən arvad kimi sırqalar taxır , saçlarını sivitofor kimi istədikləri rəngə boyadıb gözəl saç düzümləri elətdirir, utanc verirci , gülünc geyimləri ilə klonlardan geri qalmırlar .Sifət dartdırmalar , qaş aldırmalar , üz aldırmalar , hələ başqa ünsürləri özləri daha yaxşı bilərlər . Talanlnı kremlər firmaların markalarının qadınlardan daha tez mənimsəmiş və daha tez istifadə etmişdirlər . Göz nahiyəyə çəkilən tenlər , tuşlar , üzə çəkilən pudralar , tatuaj qaşlar nə istəsəniz bu kişi sifəti altında gizlənən arvadlarda tapa bilərsiniz .
Bilirsiz mən hətta belə ayıbları danışanda utanıram onların yerinə . Mənə maraqlıdır bunları bütün xalq bilir və eləcə də bu bu naməlum tapıntılara baxaraq onlara bilmirəm pərəstiş edirlər , yoxsa əylənirlər ?! Amma onu dəqiq bilirəm ki , gəncləri yaman bu kişiciklər öz torlarına salıblar. Görəsən necə ? Bir söz deyim nə istəyirsiz bu yazıq camaatdan ? Sizin pulunuz başınızdan aşır gedib özünüzə bəzək – düzək verirsiz , imkan verin bu millət də bir parça çörək pulu qazansın da ! Sizə baxaraq sizə oxşasalar vay bu millətin halı . Təxminən indi bu kişilər Azərbaycanın 10 % i təşkil edirsə 5 – 6 ilə nə olar ? Hamı buna göz yumsa bu tendensiyayla hara gedib çıxarıq ?!!!!!!!
Öncəliklə bütün kanallardan bu kimi şəxslər kənar edilməli , yerinə gözəl səs ustalarımız , vokalçılarımız , sənətkar şəxslər ən əsası kişi olan şəxslər gələrək millətin beynini təmizləməli , gözlərinə nur gətirməlidirlər. Pulu olan deyil , sənəti olan göz önündə olub xalqa konsert verməlidir ! Əsl Azərbaycan kişilərinindi bu alqışlar , tamaşaçılar bu cür paçka –paçka arvadların yox!!! Bu cür düşmən görəndə tıspağa kimi qabığına girən meymunların yox!!! Bəlkə düz demirəm ?! Danışmağa dili olanın gərək dilçəyi də olsun ! Gərək yaxşı anlarda özünü xalq sevən , millət sevən kimi göstərən bu kişilərimiz lazım gələndə vətən keşiyində durmağı da bacarsın qaçıb gizlənməyi yox !!!!
Mənim bu məqamları qeyd etməyimin tək səbəbi heç olmasa siz özünüz bilərsiz bu xalqdan əl çəkin .Bizim gələcəyimiz var ! Bizim arzularımız var ! Elm öyrədənlərə ehtiyacımız var bizim ! Sizin kimi bəzəkli kuklalara yox!!!!
Gedin öz həyatınızı heç kimə zərər vermədən yaşayın ! Siz elə bilirsiz ki , təkcə düşmən zərər verir ? Bəs sizin kimilər xalqın düşməni deyilmi ?? İçindən milləti biyabır edən düşmənlər ! Bizim gözəl musiqimiz , kinomuz , sənətkarlarımız var və inanıram ki , xalq hələ də əsl sənətin nə olduğunu bilir və bu düşüncələrimdə mənimlə həmfikirdir.
ZÜLEYXA!!!