Sevgisiz
yaşamaqdansa , sevgi ilə ölmək yaxşıdır!
Ömür !Bizə verilən ömür ! Belə möcüzəli bəxşişi necə tərənnüm edə bilərəm
? ! Sevgisiz yaşamaq mümkün olmaz !
İnanmıram bu duyğusuz həyatda yaşayıram
deyənlər olsun ! Təkcə insanlar deyil , tanrının yaratmış olduğu bütün canlı aləm
sevgidən yarandığı kimi bu amil üstündə də öz həyatına davam edir !
Yarpaq budağa
, budaq ağaca möhtacdır , onsuz yaşaya bilməz ! Ağac torpaqdan bütün həyatda
qalması üçün vacib olanı özünə çəkərək öncə özünü sonra budaqlarını , yarpaqlarını sonra da meyvələrini canlandırır . Bir ağacın varlığı milyon canlı
aləmin həyatda qalması deməkdir . Yaratdığı sərinlik , tənzimlədiyi oksigen ,
ona arxalanıb öz həyatını ağaca əmanət edən heyvanlar , kölgəsində dincələn
insanlar , bir çox təbiət hadisələrinin qarşını ala bilən bir ağac və çoxluq şəklində sevgi ilə bir –
birinə bağlanmış , ayrılmayan cəngəlliklər , meşələr , düzənliklər ! Bir balaca
düşünəndə bu prosesin təkcə sevgi ilə əmələ gəldiyini görərrik !
Necə ola bilərki , sevgi sözü yarandı ? Necə oldu ki , biz bu prosesin
adını məhz sevgi adlandırdıq ? Bəs necə oldu ki , verilən bu ad “ sevgi “
hamını qani etdi , bu qədər yaraşdı idarə
olunmayan hadisələrə ?!
Məcbur
etmək olmaz kimsəni ki , hadisələri dəyişsin
. Bəlkə də tabe olar , amma bu onun tam istəyi olmadığına görə daim öz arzuları və istəkləri uğrunda mübarizə
aparacaqdır . Öz məqsədlərinə çatmaq üçün daim yorulmadan çalışacaqdır . Hakimiyyət
əslində müəyyən bir topluluğu birləşdirən amil sayılsa da onun başqa adı
insanların sevgi ilə birləşməsidir . Ona görə də insanlar bəzən öz
ucbatlarından zərər çəksələr də tez bir zamanda kimsəyə ehtiyac duymadan çıxış
yolunu tapmağa can atırlar. İnsan şüurludur deyirik ki , məcbur edə bilmərik.Bəs
təbiəti onu özümüzə tabe edə bilirikmi ?
İstədiyimiz
istiqamətdə onu idarə edə bilərikmi ?
Xeyir ! Çünki hətta biz bəzən bunu
bacardığımızı düşünürük , lakin yenə də bizə o işləri görməyimizdə icazə
verilmişdirki , biz bacarmışıq !
Görünür, böyük qorxu kiçik qorxuları əhəmiyyətsiz etdiyi kimi , bəzən
başımızın üstünü alan ciddi təhlükənin sovuşması da təbiətimizdəki daha gözəl
duyğuların meydana çıxmasına səbəb olur .
Həyatda elə
böyük hisslər vardır ki , onların qarşısında hər şey kiçik və mənasız görünür !
Dünyada ədalət , insaf vardır və bu bizim iradəmizdən asılı deyil !
İndi isə sevginin başqa ən uca , toxunulmaz , müqəddəs pilləsinə
yaxınlaşdıq ! Bu sevgi yalnız iki şəxs arasında ola bilər ! Bu növ sevgini hər
birimiz müxtəlif cür qarşılaya bilərik ! Nəinki insanlar hətta digər canlılar da
bu həyat hadisəsi qarşısında acizdir . Əslində anlatmağa ehtiyac yoxdur!
Sevgisiz yaşamaq mümkün olmaz !
Lakin elə
sevgilər də olur ki , can da qurban vermək
adi qalır möcüzənin qarşısında . Sevgi ilə ölmək ! Bu məqsəddə ömrünü qurban
verməksə yalnız ideal olan şəxslərə məxsusdur . Bunu hamı bacara bilməz ! Ona iradənin ən tükənməz dərəcəsi lazımdır ki , bu müqəddəs töhvənin
öhdəsindən gəlsin .
Məhz elə
bu amillər sevginin həyatda dəyərini artırmış onu lazımı zirvələrə qaldıraraq ən
yüksək pilləni bəxş etmişdir ! Lakin sevgidən istifadə etmək də olmaz ! Ona yalan sözcükləri , gerçək olmayan istəkləri
alışdıraraq gözdən salmaq həyatın ən mükəmməl möcüzəsinə zərər vurmaqdır. Bunu
anlayan şəxslər sevgidən danışanda ehtiyatla hərəkət etməli ona toxunmağa tələddütlə
yanaşmalıdırlar ! Sevgi adından istifadə edənlər isə , özlərini aldadaraq gələcək
həyatlarını da məhv eləmiş olurlar .Buna görə də həyatda düşünülməmiş addım
atmaqdan çəkinin . Çünki nə bu zaman sevgisiz həyat , nə də gerçək sevgi sizə
kömək edə biləcək !
ZÜLEYXA
.