Adı : ZÜLEYXA
Kateqoriya
>September 2010
Mo Di Mi Do Fr Sa So
303112345
6789101112
13141516171819
20212223242526
27282930123
Statistika
» 77172 Hit
» 65 Onlayn
» 1250 Gün
» 710515 Ümumi
1-CI.BIZ Reytinq Sistemi
Antik Yunan fəlsəfəsi və özünü dərk etmə! || Elm və təhsil Tarix: 13-7-2010    saat: 23:12Oxunub : 108
Şirift Plus Minus

                                            Antik Yunan fəlsəfəsi və özünü dərk etmə .
  Müharibə yolu ilə qazanmaq və susmaq , lazım gəldiyində susaraq özünü dərk etmə , sirli , gizli şəkildə işini davam etdirmə və sonsuz qalibiyyət !
  “ Balıqçı balıq tutanda duzlu su sıçrantılarına dözürmü? Bəs mən niyə böyük balıq tutmaq üçün çaxır qarışıq su sıçrantılarına dözməyim ? !
  Bu fəlsəfi fikir və dərin cümlənin tarixçəsi belədir : Deyirlər ki , bir dəfə hökmdar Sirakuzlu Dionise Aristippen üzünə tüpürür.Ancaq o pərt olmur , söyləyir ki , balıqçı balıq tutanda duzlu su sıçrantılarına dözürmü ?
  Bəs mən niyə böyük balıq tutmaq üçün çaxır qarışıq su sıçrantılarına dözməyim ?
Gördüyünüz kimi Aristipp öz mənində elə bir güc tapırki , həmin gücü də özünün daxili zənginliyindən müdrikliyi sahəsində çıxarır. Demək o , öz daxili zənginliyi ilə ona qarşı olan mənfi , pis təsirləri özündən öz müdrikliyi sahəsində uzaqlaşdırır və ola bilsinki , onu özünün HƏZZ mənbəyinə çevirir.
  Sofistlərin müəllimləri olan Protoqor söyləmişdir ki, hər şeyin həm olmasının və həm də olmamasının ölçüsü, meyarı insandır . Deməli insan öz daxilində elə bir situasiya yarada bilər ki , onda öz məninin qüdrətini bilə bilir . Yəni özünün nəyə qadir olduğunu öz – özünə dərk edir .
  Yəni insan özünə səyahət edir ki , ağıl , düşüncə ilə özündən anlayışlar tapıb düzəltsin . İnsan məhz bu anlayışları daxilində düzəldəndə başqalarını , onların həyatını təhlükə altına qoyacaqsa bu nəyə gərəkdir ? ! Bunu əgər döyüş , əsl savaş , güləş , çarpışma və müharibə terminlərində düşünsək çox yaxşı , uğurlu nəticə ola bilər .
  Amma insan varki , döyüş , əsl savaş , güləş , çarpışma və müharibə terminləri ilə öz daxili dərk etməsini məhz müharibəsiz və savaşsız bir sakit yaşamları həyatda özündən ətrafdakı insanlara məcburən ziyan vurmaq , onları alçaltmaq fikrindədir . Bu nə dərəcədə doğrudur ? !
  İnsan varki öz daxilindəki ucalıqları , zənginlikləri insanları pis və ya yaxşı mənada öz əlində fırlatmaqda görür.Nəyi isə bir dəfə yaxşı , gözəl – o biri dəfə isə ziddiyyətdən utanmadan , - pis , eybəcər sübut etməyə can atır .
  Fikir verin eyni adamı ətrafdakı insanlara , oğru kimi tanıtdırir və həmin adamı yenidən təmiz kimi müdafiə edir .
  Özünü dərk etmə problemində yəni , şüurun öz –özünü düşünməsində bir qaçılmazlıq var . Şüur özünü düşünmək üçün özünü müəyyənləşdirməlidir.Demək buradan belə çıxır ki , şüur özünə sərhədlər qoymalıdır.Bəli sənin düşündüyün sənə xoş olar , nəticəsində də razı qalarsan ,amma ətrafındakı insana sənin düşündüyün ziyan gətirər və həmin insanın uçuruma yuvarlanması ilə nəticələnər.
  Deməli yuxarıda qeyd etdiyim kimi sən özünü dərk etmək üçün öz daxilinə , şüuruna səyahət edirsənsə , öz şüuruna sərhəd qoymalısan.
  “Özünüdərk “ , “ Özünübilim” , müdrik və müdriklik sahəsində güclü olması üçün insana lazımdır.Öz daxili zənginliyinə özünü dərk etmək üçün səyahət edirsənsə müdrik və müdriklik sahəsində sən özünü , öz mənini daha böyük bəlalardan qurtara bilərsən .Müdriklik sayəsində güclü olursan və əldə etdiyin güclə təbiətdən gələn aqressivliyə , məsələni ölümə , qıtlığa sinə gərirsən yada mədəniyyətin sınaqlarından qurtula bilirsən ; yəni bəzi insanların sənə qarşı mədəniyyətsiz davranışından , mədəniyyətsiz əməllərindən qurtula bilirsən . Məsələn : Hökmdar Sirakurlu Dionisin təhqirindən Aristipp öz daxili zənginliyini özünün müdrikliyi sahəsində dərk etməsilə sarsılmadan çıxdı.
  Baxın artıq Antik Yunan fəlsəfəsində psixologiyada və mədəniyyətdə özünü dərkin yaxşıya və yamana yönəlikliyi açılmışdır .
  Yaxşı əlbəttə ki , insanlara xoş , həzz verəndir , -- yaman , pis isə onun əksi olaraq insanlara əzab verəndir.
  Mən istərdim ki , insanlar öz daxilinə özünü dərk etmək üçün səyahət etdikdə təkcə özlərini deyil , ətrafdakı olan bütün insanları düşünsünlər və ətrafında olan insanlarla elə rəftar etsinlər ki , qoy o insanların könlü şad olsun , sevinsin , üzü gülsün . Axı nəyə gərəkdir insanlara əzab vermək ?
  ALLAHTƏALA bütün yaratdığı varlıqların içində məhz biz insanlara şüur vermişdir.
  Gəlin biz insanlar da ALLAHIN bizə verdiyi şüurumuzu yaxşı işlər , yaxşı əməllər görməyə məcbur edək .
  Əgər sən özünü şüurlu insan sanırsansa , onda sən yaxşı əməllərinlə ətrafındakı insanlara örnək olmalısan , insanlara kömək etməlisən , onlara düzgün yol göstərməlisən .Əgər ətrafında olan insanlardan həyat təcrübən ,biliyin çoxdursa sən öz müsbət biliklərini o , insanlara öyrətməlisən .
                                                                          ZÜLEYXA.

 

Səslərin cəmi 36
36 baxılıb
Nömrəsi : thinker250
Səslərin cəmi 39
39 baxılıb
Nömrəsi : 4758ed4b756a
Səslərin cəmi 79
79 baxılıb
Nömrəsi : 87669
Səslərin cəmi 31
31 baxılıb
Nömrəsi : 2009091888dolo
Səslərin cəmi 42
42 baxılıb
Nömrəsi : eudoxus_1
Səslərin cəmi 33
33 baxılıb
Nömrəsi : _HFD
Səslərin cəmi 39
39 baxılıb
Nömrəsi : platobust
Səslərin cəmi 70
70 baxılıb
Nömrəsi : Platoz
Səslərin cəmi 40
40 baxılıb
Nömrəsi : thinker250_1
Baxılanların cəmi 409