Bəzi ictimai-siyasi proseslərə münasibəti öyrənmək məqsədilə bazar alverçiləri və xırda ticarətçilər arasında sorğu keçirmişik. Bakının 3-ü m/r. Bazarında, təzə bazar, Yaşıl bazar və s. bazarlarında aparılan sorğularda 300 qədər insan iştirak etmişdir. Respodentlər suallara müstəqil olaraq, müxtəlif cavablar vermişlər.
«Azərbaycan dövləti üçün təhlükə törədə biləcək əsas problem» sualına cavab olaraq rəy sorğularının 30 % -i müharibənin, 30 %-i iqtisadi böhranın, 40 %-i qanunların düzgün yerinə yetirilməməsinin, məmurların özbaşınalıqlarını cavab olaraq qeyd etmişlər. Göründüyü kimi «bazar əhli»nin fikrincə iqtisad böhran dövlətimiz və xalqımız üçün az qala ən böyük təhlükədir.
«Daima maraqlandığınız qəzetlər hansıdır?» sualına cavab belə olmuşdur: «Yeni Musavat» 30 %, «Azərbaycan» 26,5 %, «Exo» 17,5 %, «525-ci qəzet» 13%, «Təzadlar» 9,5 %, «Birja» və «Super Market» 3,5 %
Sorğunu apardı:Ziya SƏCCAD Babayev